SON DƏQİQƏ
» » Ukrayna ilə Azərbaycan arasında ticarət dövriyyəsi açıqlandı

Ukrayna ilə Azərbaycan arasında ticarət dövriyyəsi açıqlandı

Tarix:

28-12-2020, 21:11

/ 1 458 dəfə oxundu.
Ukrayna ilə Azərbaycan arasında ticarət dövriyyəsi açıqlandı

Yanvar-noyabr aylarında Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin dəyəri 701 milyon dollar olub.

Ukrayna Dövlət Statistika Komitəsindən GunAz.az-a bildirilib ki, 11 ayda Azərbaycan bu ölkəyə 320,5 milyon dollarlıq məhsul ixrac edib. Ölkəmizin Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 380,5 milyon dollar olub.

Qeyd edək ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir. Keçən il Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 808 milyon dollar olub.


скачать dle 12.1

Şərhlər