SON DƏQİQƏ

Vergi ilə bağlı bu şəxslərə şad xəbər

Tarix:

6-10-2020, 13:37

/ 3 276 dəfə oxundu.
Vergi ilə bağlı bu şəxslərə şad xəbər

Milli Məclisin bu gün keçirilən plenar iclasına Vergi Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə daimi qulluq tələb edən uşağa və yaxud I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin, (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçisinin və qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə azadolma məbləği 100 manatdır.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

скачать dle 12.1

Şərhlər