SON DƏQİQƏ

Neft sürətlə bahalaşır...

Tarix:

4-04-2020, 08:21

/ 1 460 dəfə oxundu.
Neft sürətlə bahalaşır...

Dünya birjalarında neft qiymətlərində sürətli bahalaşma davam edir.
 GunAz.az xəbər verir ki, "Brent" markalı xam neftin bir barreli daha 4,25 dollar bahalaşaraq, 33,19 dollara qalxıb. Yüngül neft isə hazırda 27,22 dollaradır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı OPEK+ ölkələrinə təcili toplaşmaqla bağlı çağırış etmişdi. Azərbaycan Energetika Nazirliyi isə OPEK+ ölkələrinin görüşünün 6 apreldə keçirilməsinin planlaşdırılmasına dair bəyanat yaymışdı.
Bu açıqlamaların ardınca neft qiymətlərində sürətli artım davam edir.
***
Hazırda "Brent" markalı neftin bir barreli 34,11, yüngül neftin bir barreli isə 28,34 dollaradır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ