SON DƏQİQƏ

Ağır iqtisadi böhran başladı - BVF

Tarix:

27-03-2020, 21:53

/ 1 254 dəfə oxundu.
Ağır iqtisadi böhran başladı - BVF

Dünya iqtisadiyyatı ağır resessiya dövrünə qədəm qoyub.

GunAz.az Musavat.com-a istinadla xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

BVF rəhbərinin sözlərinə görə, hazırda müşahidə olunan resessiya 2008-2009-cu illərin qlobal maliyyə böhranı qədər, hətta ondan daha ağır və daha dərindir:

"Artıq hamıya aydındır ki, biz 2009-cu ildəkindən daha ağır resessiyaya daxil olmuşuq. Biz qlobal iqtisadiyyatda bərpanı 2021-ci ilə proqnozlaşdırırıq: iki şərtlə ki, biz bütün dünyada virusla mübarizədə tam qələbə əldə edək, eyni zamanda likvidliklə bağlı problemi aradan qaldıra bilək. Söhbət kifayət qədər dərin resessiyadan gedir”.

скачать dle 12.1

Şərhlər