Rusiyanın Çinlə sərhədlərini bağlamasından sonra Vladivostokdakı mağazalarda tərəvəz çatışmazlığı yaranıb.
Bu məlumatı "Primamedia” portalı yayıb. Məlumata görə, qıtlıq mağazalarda satılan tərəvəzin dəyərinin əhəmiyyətli miqdarda bahalaşmasına səbəb olub.
Belə ki, əvvəllər 1 kiloqramı 100-160 rubl arasında olan xiyar və pomidorun qiyməti hazırda 600 rubla qədər yüksəlib.