SON DƏQİQƏ
» » Gürcüstanda ərzağın qiymətində kəskin bahalaşma

Gürcüstanda ərzağın qiymətində kəskin bahalaşma

Tarix:

21-11-2019, 08:36

/ 1 472 dəfə oxundu.
Gürcüstanda ərzağın qiymətində kəskin bahalaşma

Gürcüstan Milli Bankı monetar siyasəti yenidən sərtləşdirə bilər.

GunAz.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstan Milli Bankının rəhbəri Koba Qvenetadze parlamentin maliyyə-büdcə komitəsinin iclasında söyləyib.

O deyib ki, əgər inflyasiya davam etsə, Milli Bank monetar siyasətini sərtləşdirəcək.

Bildirilib ki, ölkədə inflyasiya ilin əvvəlində proqnozlaşdırılan 3 faizə qarşı 6,9 faiz olub. Ərzaq məhsullarının qiyməti 13,5 faiz bahalaşıb.

Ekspertlərin rəyinə görə, qiymət artımı əsasən ölkədə milli valyuta GEL-in dəyərini itirməsi ilə əlaqədardır.

Cari ilin 6 ayında GEL ABŞ dolları ilə müqayisədə 10 faiz ucuzlaşıb.

скачать dle 12.1

Şərhlər