SON DƏQİQƏ

Azərbaycanın xarici borcu açıqlandı

Tarix:

14-03-2019, 17:13

/ 10 291 dəfə oxundu.
Azərbaycanın xarici borcu açıqlandı

Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 8 milyard 927 milyon ABŞ dolları təşkil edib.

GunAz.az xəbər verir ki, bu göstərici ötən ilin yanvarın 1-i ilə müqayisədə 5% azdır.

Maliyyə Nazirliyinin məlumatına görə, 2018-ci ildə xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti isə 22,8%-dən 19%-ə düşüb.

Qeyd edək ki, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin, beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ