SON DƏQİQƏ
» » Neft Fondu banklara satdığı dolların həcmini artırdı

Neft Fondu banklara satdığı dolların həcmini artırdı

Tarix:

13-03-2019, 11:08

/ 10 346 dəfə oxundu.
Neft Fondu banklara satdığı dolların həcmini artırdı

Bu ilin yanvar-fevral ayında Azərbaycan Dövlət Neft Fondu (ARNDF) 951,1 mln. ABŞ dolları məbləğində valyuta satıb. 

GunAz.az xəbər verir ki, fondun yaydığı məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 287,9 mln. dollar çoxdur, faiz ifadəsində isə 43,4% artım deməkdir.

Bu qədər vəsait Bloomberg terminalı üzərindən Azərbaycanda fəaliyyət göstərən banklara satılıb. 

Qeyd edək ki, Neft Fondu 2018-ci ilin yanvar-fevral ayları ərzində 663,2 mln. ABŞ dolları məbləğində valyutanı manata dəyişmişdi. Manat vəsaitlərini isə Fond büdcə qarşısında öhdəliklərinə və digər xərclərə yönəldir. 

N.SAFURA

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ