SON DƏQİQƏ
» » Bakı şəhərinin elektrik təchizatı yaxşılaşıb

Bakı şəhərinin elektrik təchizatı yaxşılaşıb

Tarix:

5-03-2019, 14:35

/ 10 262 dəfə oxundu.
Bakı şəhərinin elektrik təchizatı yaxşılaşıb

2018-ci il ərzində Bakı şəhəri üzrə orta hesabla istehlakçıya elektrik enerjisinin verilişində yaranmış fasilənin müddəti (SAIDI göstəricisi ilə) 0,1 saat dəfə yaxşı 10,4% azalaraq 0,86 saat təşkil edib. GunAz.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Energetika Nazirliyindən məlumat verilib. 

 

Ötən il ərzində orta hesabla istehlakçıya elektrik enerjisinin verilişində yaranmış fasilənin sayı isə (SAIFI göstəricisi ilə) 0,96 dəfə olub.

Açıqlamada deyilir ki, bu göstəricilər əvvəlki illərlə müqayisədə həm müddət, həm də say baxımından aşağıdır. Bunun başlıca səbəbi son illərdə Bakı şəhərini paylayıcı şəbəkəsində olan 110 və 35 kV-luq yarımstansiyaların tikilərək tam yenidən qurulması, paytaxtın demək 90%-dən artıq ərazisində yeraltı kabelləşmə işinin həyata keçirilməsi, dairəvi elektrik təchizat sxemlərinin yaradılması və şəbəkələrin əks-qəza avtomatikasına qoşulmasıdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ