SON DƏQİQƏ

Baş bankirdən dollarla bağlı qəti mövqe

Tarix:

31-01-2019, 15:10

/ 10 375 dəfə oxundu.
Baş bankirdən dollarla bağlı qəti mövqe

Əsası olmayan boş-boş sözlər danışırlar. Bugünkü gündə dolların məzənnəsinin manata nisbətən bahalaşmasına heç bir əsas yoxdur. Bununla bağlı Mərkəzi Bankın da qərarları var. Ölkədə dolların bahalaşması ilə bağlı məsələ müzakirə olunmur. Azərbaycanda cari il bütün makroiqtisadi stuasiya, makroiqtisadi sabitlik üzərində qurulub.

GunAz.az xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov Unikal.org-a açıqlamasında Azərbaycanda dolların məzənnəsinin yenidən qalxacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

E.Rüstəmov Azərbaycan neftinin dünya bazarında qiymətinin ucuzlaşmasının belə dolların kursuna təsir etməyəcəyini vurğulayıb:

“Bütün bunlara görə, Mərkəzi Bank və Hökumətin vahid planı var. Yuxarıda qeyd etdiyim kimi, makroiqtisadi situasiya nəzarət altındadır. 2017-2018-ci illərdə ölkədə makroiqtisadi sabitlik höküm sürüb. 2019-cu ildə də belə olacaq”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ