SON DƏQİQƏ
» » “Manat üçün narahatlıq yoxdur” – İqtisadçı

“Manat üçün narahatlıq yoxdur” – İqtisadçı

Tarix:

9-08-2018, 16:17

/ 10 532 dəfə oxundu.
“Manat üçün narahatlıq yoxdur” – İqtisadçı

Azərbaycanda devalvasiya gözlənilmir.

GunAz.az xəbər verir ki, Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı Fuad İbrahimov deyib.

İqtisadçının sözlərinə görə, devalvasiya olacağı ilə bağlı yayılmış məlumatlar mövcud reallığı əks etdirmir:

“İndiki vəziyyətdə manatın məzənnəsinə ciddi təsirlərin olacağı gözlənilmir. Konkret əmsallar var, bu əmsallar da manata təzyiqlərin olmadığını deməyə əsas verir. Dünya birjalarında neftin qiymətlərinin bahalaşması trendi, eyni zamanda idxal-ixrac əməliyyatları arasında yaranmış mövcud balans (saldo), makro-iqtisadi göstəricilər onu deməyə əsas verir ki, manatın kəskin devalvasiyaya gedəcəyi gözlənilən deyil. Bunun üçün ciddi narahatlıq yoxdur”.

Fuad İbrahimov qeyd edib ki, müxtəlif üsullardan istifadə edərək manatın stabilliyini saxlamaq mümkün olur: “İndiki şəraitdə manatın məzənnəsi sabit “üzən məzənnə” hesabına saxlanılır. Lakin məzənnəni sabit saxlaya bilirik. Digər yandan isə manata güclü təzyiqlər də yoxdur. Buna görə də devalvasiya ilə bağlı narahatlığın olduğunu düşünmürəm”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ