SON DƏQİQƏ
» » “Manatın taleyinə təhlükə gözlənilmir” – Vahid Əhmədov

“Manatın taleyinə təhlükə gözlənilmir” – Vahid Əhmədov

Tarix:

8-08-2018, 19:11

/ 10 298 dəfə oxundu.
“Manatın taleyinə təhlükə gözlənilmir” – Vahid Əhmədov

Türkiyə lirəsi, Rusiya rublunun, İran realının kəskin şəkildə ucuzlaşmasının Azərbaycana mənfi təsiri olmayacaq. Bu ilin sonlarına kimi manatın taleyinə təhlükə gözlənilmir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında iqtisadçı ekspert, Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Millət vəkili hesab edir ki, manatın devalvasiyaya uğraması barədə yayılan şayiələr əsassızdır.

Deputatın fikrincə, yalnız dünya birjasında neftin qiymətinin kəskin aşağı düşməsi manatı ucuzlaşdıra bilər: “Hazırda neftin qiyməti çox yüksəkdir. Türkiyə, Rusiya və İrandakı situasiya insanları təşvişə salsa da, narahatlığa əsas yoxdur. Bir çox insanlar pullarını dollara çevirib saxlamağı üstün tutur. Vurğulamaq istərdim ki, pulların manat şəklində saxlanması daha sərfəlidir. Çünki manatın əmanət dəyəri 12-14 faiz, bəzi yerlərdə daha yüksək, dollarınkı isə 2 faizdir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ