SON DƏQİQƏ

Pul bazası və valyuta ehtiyatları artıb

Tarix:

3-08-2018, 18:13

/ 10 343 dəfə oxundu.
Pul bazası və valyuta ehtiyatları artıb

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il avqustun 1-nə 5 546,7 mln. ABŞ dolları təşkil edib.

Qurumdan GunAz.az-a verilən məlumata görə, bu, iyulun 1-i ilə müqayisədə 34 mln. dollar və yaxud 0,6% çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 212,1 mln. dollar və yaxud 4%, son 1 ildə isə 513,6 mln. dollar və yaxud 10,2% artıb.

Məlumata görə, Azərbaycanda pul bazası bu il avqustun 1-nə 8 888,9 mln. manat təşkil edib. Bu, iyulun 1-i ilə müqayisədə 300,9 mln. manat və yaxud 3,5% çoxdur.

Pul bazası ilin əvvəlinə nisbətən 345,7 mln. manat və yaxud 4,05%, son 1 ildə isə 556 mln. manat və yaxud 6,7% artıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ