SON DƏQİQƏ
» » "Ən azı 1800 daimi iş yerinin açılacağı gözlənilir"

"Ən azı 1800 daimi iş yerinin açılacağı gözlənilir"

Tarix:

1-06-2018, 20:30

/ 10 329 dəfə oxundu.
"Ən azı 1800 daimi iş yerinin açılacağı gözlənilir"

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsi regionda əməkdaşlığın inkişafına, o cümlədən Asiya İnkişaf Bankının (AİB) üzv ölkələri üçün qaz mənbələrinin şaxələndirilməsinə xidmət edəcək.

Gunaz.az bildirir ki, bu barədə Trend-ə bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nariman Mannapbekov deyib.

O bildirib ki, AİB-in əsas vəzifələrindən biri enerji təhlükəsizliyinin təmin edilməsinə ehtiyacı olan ölkələr daxil olmaqla, üzvləri arasında regional əməkdaşlığa dəstək verməkdir:

"Cənub Qaz Dəhlizi" məhz bu vəzifələrə cavab verir. Hesab edirik ki, bu layihə dövlətlər üçün əlavə gəlir mənbəyi ola bilər, bu da sosial proqramların və iqtisadiyyatın şaxələndirilməsi üzrə yeni tədbirlərin həyata keçirilməsi üçün istifadə oluna bilər. Layihə başa çatandan sonra ən azı 1800 daimi iş yerinin açılacağı gözlənilir".

Qeyd edək ki, Asiya İnkişaf Bankı "Cənub Qaz Dəhlizi" QSC üçün 1 milyard dollar məbləğində vəsait ayrılmasını təsdiq edib.

Xatırladaq ki, mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ