SON DƏQİQƏ
» » Bu il Azərbaycan qazı Türkiyəyə çatdırılacaq - Nazir

Bu il Azərbaycan qazı Türkiyəyə çatdırılacaq - Nazir

Tarix:

15-02-2018, 16:57

/ 1 119 dəfə oxundu.
Bu il Azərbaycan qazı Türkiyəyə çatdırılacaq - Nazir

Bu il "Şahdəniz 2" layihəsi üzrə hasil olan qaz Azərbaycandan Türkiyəyə çatdırılacaq.

Gunaz.azn məlumatına görə, bu sözləri Energetika naziri Pərviz Şahbazov "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasından sonrakı mətbuat konfransına deyib.

Nazirin sözlərinə görə, ötən il ərzində "Cənub Qaz Dəhlizi" layihəsi üzrə görülən işlər bu gün Prezident İlham Əliyevlə müzakirə edilib: "Biz həmçinin gündəlikdə olan planları, hazırda səmərəli formada həyata keçirilən layihələr barədə danışdıq.

"Cənub Qaz Dəhlizi" layihəsi 4 komponentdən ibarətdir. Biz bu gün bütün komponentləri müzakirə etdik".

Nazir qeyd edib ki, bu il Azərbaycan qazı Türkiyəyə, 2020-ci ildə isə İtaliyaya çatdırılacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ