SON DƏQİQƏ
» » “Cənub Qaz Dəhlizi”nə 30 milyarddan çox vəsait xərclənib

“Cənub Qaz Dəhlizi”nə 30 milyarddan çox vəsait xərclənib

Tarix:

30-05-2018, 20:36

/ 10 327 dəfə oxundu.
“Cənub Qaz Dəhlizi”nə 30 milyarddan çox vəsait xərclənib

Bu ilin aprel ayının sonunadək “Cənub Qaz Dəhlizi” layihəsinə tərəfdaşlarla birgə 30 milyard dollardan çox vəsait xərclənib.
Bu barədə Bakıda keçirilən XXV “Caspian Oil and Gas” konfransında “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin (CQD) baş direktoru Əfqan İsayev deyib.

O qeyd edib ki, həmin vəsaitdən ümumi dəyəri 22,7 milyard dollar təşkil edən “Şahdəniz-2” layihəsinə 17,7 milyard dollar, dəyəri 4,6 milyard dollar olan Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinə 4,2 milyard dollar, TANAP-a 5,4 milyard dollar, TAP layihəsinə isə 2,9 milyard avro sərf olunub”. (AzərTac)
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ