SON DƏQİQƏ
» » Azərbaycan və Rusiya arasında pul köçürmələrinin həcmi artıb

Azərbaycan və Rusiya arasında pul köçürmələrinin həcmi artıb

Tarix:

26-03-2018, 14:53

/ 10 289 dəfə oxundu.
Azərbaycan və Rusiya arasında pul köçürmələrinin həcmi artıb

2017-ci ildə fiziki şəxslər tərəfindən pul köçürmə sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında transsərhəd pulköçürmələrin həcmi 595,6 mln. dollar təşkil edib.

 

Gunaz.az Rusiyanın Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2016-cı il ilə müqayisədə 30,6 mln. ABŞ dolları və ya 5,42% çoxdur.

 

2017-ci ildə Rusiya və Azərbaycan arasında pul köçürmələrin həcmi I rübdə 116,1 mln. dollar, II rübdə 165,2 mln. dollar, III rübdə 155,4 mln. dollar və IV rübdə 158,9 mln. dollar olub. Göründüyü kimi, ötən il Rusiya və Azərbaycan arasında pul köçürmələr  daha çox II rübdə, ən az isə I rübdə olub.

скачать dle 12.1

Şərhlər