SON DƏQİQƏ

Nazir təməlqoyma mərasimində iştirak edəcək

Tarix:

21-02-2018, 18:29

/ 1 198 dəfə oxundu.
Nazir təməlqoyma mərasimində iştirak edəcək

Fevralın 23-də Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz boru kəmərinin Əfqanıstan hissəsinin təməlqoyma mərasimində Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edəcək.

Gunaz.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, həmin gün Türkmənistan – Əfqanıstan – Pakistan – Hindistan marşrutu üzrə elektrikötürmə xəttinin və optik-lifli rabitə xəttinin tikintisinə də başlanacaq. Sərhətabad (Türkmənistan)-Turqundi (Əfqanıstan) dəmir yolu istismara veriləcək.

TAPI qaz xəttinin tikintisi 2015-ci il dekabrın 13-də başlayıb. İllik ötürücülük gücü 33 milyard kubmetr olan TAPI qaz kəmərinin uzunluğu 1 814 kilometrdir. Kəmər Əfqanıstanın Herat və Qəndəhar, Pakistanın Kvetta və Multan şəhərlərindən keçərək Hindistan sərhədində Fazilka yaşayış məntəqəsinə qədər uzanacaq. Boru xəttinin Türkmənistandan keçən hissəsinin ümumi uzunluğu 1 600 kilometr olacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ