SON DƏQİQƏ

Türkmənistanda benzin bahalaşıb

Tarix:

1-02-2018, 07:52

/ 929 dəfə oxundu.
Türkmənistanda benzin bahalaşıb

2018-ci il, fevralın 1-dən Türkmənistanda benzinin qiyməti artırılıb.

Gunaz.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə,  A-95 benzinin bir litrinin qiyməti 1,5 manat (bundan əvvəl 1 manat), A-92 benzinin qiyməti isə 1, 35 manat olub (bundan əvvəl 0,94).

Hazırda Türkmənistanda manatın dollara nisbətən məzənnəsi 3,5 manat/$1 təşkil edir.

Qeyd edək ki, 2008-ci ildə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov avtomobil sahibləri üçün pulsuz benzinə limit tətbiq edib. 2014-cü ildə bu qərar ləğv edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ