SON DƏQİQƏ
» » Rusiya satışa çıxartdı: Bakı “İsgəndər” ala bilərmi? – Polkovnik

Rusiya satışa çıxartdı: Bakı “İsgəndər” ala bilərmi? – Polkovnik

Tarix:

2-09-2017, 11:02

/ 1 869 dəfə oxundu.
Rusiya satışa çıxartdı: Bakı “İsgəndər” ala bilərmi? – Polkovnik


Hazırda Azərbaycan Silahlı Qüvvələri lazımı texnika və döyüş sursatı ilə tam təmin olunub və bu proses davam etdirilir.


 Bu sözləri GUNAZ.az -a açıqlamasında Rusiyanın "İsgəndər” raket komplekslərinin ixracına başlamasını şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.


"Hazırda Azərbaycan Silahlı Qüvvələri lazımı texnika və döyüş sursatı ilə tam təmin olunub və bu proses davam etdirilir. Əgər Azərbaycan "İsgəndər”lərin alınmasında maraqlı olsa və ən əsası buna ehtiyac duysa, onda Rusiyadan bu raket komplekslərini və başqa növ yeni silahları alacaq. Rusiya "İsgəndər”lərin satışını elan etsə də, bunlar prinsip cəhətdən köhnə variantlardır. Çünki artıq "İsgəndər”lərin bir neçə modifikasiyası istehsal olunub. Rusiyanın "İsgəndər”lərin tədarükünə başlaması bu ölkənin silah bazarını genişləndirmək istəməsiylə bağlıdır. Rusiyanın rəsmi olaraq Ermənistana İsgəndər-M-ləri verməsi məsələsi hələ də sual altındadır. Azərbaycan buna qarşı öz ehtiyat tədbirlərini çoxdan görüb və "İsgəndər”lərə qarşı hava hücumundan müdafiə sistemlərini müasirləşdirib. Ona görə də prinsip etibarilə heç bir narahatlığımız yoxdur”, - polkovnik bildirib.
Qeyd edək ki, Rusiyanın Hərbi Texniki Əməkdaşlıq üzrə Federal Xidməti "İsgəndər” raketlərinin bir sıra xarici tərəfdaşlarına tədarükü ilə bağlı müraciətlərə baxdığını açıqlayıb. Hansı dövlətlərin müraciət etdiyi isə gizli saxlanılır.

 
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ