SON DƏQİQƏ

Azərbaycan əhalinin sayına görə 90-cı yerdədir

Tarix:

1-09-2017, 14:00

/ 1 742 dəfə oxundu.
Azərbaycan əhalinin sayına görə 90-cı yerdədir

Bu ilin sonuna dünya əhalisinin sayı 7,6 mlrd. nəfəri ötəcək. 

GUNAZ.az xəbər verir ki, bu barədə Dünya Bankı (WB) məlumat yayıb


Məlumatda deyilir ki, 2050-ci ildə planet əhalisi 9 mlrd. nəfərə çatacaq. Ötən ilin sonuna olan məlumata görə, dünya əhalisi 7,4 mlrd. nəfər olub. Çin və Hindistan isə dünyanın ən çox əhalisi olan ölkələrdir - bu iki ölkə birlikdə planet əhalisinin 36,3%-i yaşayır: Çində 1 378 665 000 nəfər (18,5%), Hindistanda isə 1 324 171 000 nəfər (17,8%) yaşayır. Siyahıda 3-cü yeri 4,3%-lə ABŞ tutur ki, onun da əhalisi 323 127 000 nəfərdir.

Ümumilikdə, 216 dövlətin yer aldığı siyahıda Azərbaycan 9,762 mln. nəfərlə 90-cı yerdə qərarlaşıb. Bu isə dünya əhalisinin 0,13%-i deməkdir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ