Nazirlər Kabineti "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib. Report-un xəbərinə görə, bununla bağlı qərarı Baş nazir Artur Rəsizadə imzalayıb.
Dəyişikliyə əsasən, siyahıya Naftalan nefti əlavə edilib. Bundan sonra Naftalan neftinin qiymətini dövlət tənzimləyəcək.