SON DƏQİQƏ
» » Tanınmış rus teleaparıcı Azərbaycan pomidorunu təriflədi

Tanınmış rus teleaparıcı Azərbaycan pomidorunu təriflədi

Tarix:

30-05-2017, 09:46

/ 2 917 dəfə oxundu.
Tanınmış rus teleaparıcı Azərbaycan pomidorunu təriflədi

Rusiyanın "Moya Planeta” televiziya kanalında yayımlanan "Dünya bazarı” proqramının məşhur aparıcısı Aleksandr Pryanikov Azərbaycan pomidorlarını tərifləyib.
 Xarici mediaya istinadən xəbər verilir ki, məşhur rus aparıcısı Azərbaycan pomidorlarını "dünyanın ən ləzzətli məhsulu” adlandırıb.
O deyib ki, Azərbaycan pomidorları Türkiyə pomidorlarından dəfələrlə daha dadlıdır:
"Bu gün Rusiyada bazarlarda ticarətçilər hər kəsi "Bakı pomidoru” deyə inandıra bilərlər. Ancaq qətiyyən onlara aldanmayın. Azərbaycanın "Zirə” pomidoru o qədər ləzzətlidir ki, Rusiyada bütün satıcılar öz satdıqları pomidorları "Azərbaycan pomidoru” kimi təqdim etməyə çalışır. Azərbaycanın "Zirə” pomidoru dünyanın ən dadlı məhsuludur. Əgər bazarlarda "Zirə” pomidoru desəniz, dərhal ona alıcılar çıxacaq. Ona görə də bizim bazarlarda ən çox tələb olunan "Zirə” pomidorudur”.(
Publika.az)

Vasif Həsənli

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ