SON DƏQİQƏ
» » Vətən müharibəsində iştirak etmiş 50 nəfər “Azərsu” da işlə təmin olunub

Vətən müharibəsində iştirak etmiş 50 nəfər “Azərsu” da işlə təmin olunub

Tarix:

14-01-2022, 19:18

/ 2 493 dəfə oxundu.
Vətən müharibəsində iştirak etmiş 50 nəfər “Azərsu” da işlə təmin olunub

GunAz.az xəbər verir ki, Vətən müharibəsində iştirak etmiş 50 nəfər "Azərsu” da işlə təmin olunub.

Ailə üzvü şəhid olmuş, eləcə də Vətən müharibəsində iştirak etmiş 50 nəfər 2021-ci ildə "Azərsu” ASC-yə işə qəbul olunub. 
"Qafqazinfo” xəbər verir ki, işə qəbul olunanlardan 3 nəfəri şəhid ailəsinin üzvü, 47 nəfəri İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.

 İşlə təmin olunmuş Vətən müharibəsi iştirakçısının 2-si döyüşlərdə yaralanıb.

Hazırda "Azərsu” ASC-də müharibə iştirakçısı olmuş 900 nəfər çalışır. Onlardan 590-ı Birinci Qarabağ, 309-u Vətən müharibələrinin, 1 əməkdaş isə 2016-cı il Aprel döyüşlərinin iştirakçısıdır.

Qeyd edək ki, "Azərsu” ASC-nin 188 əməkdaşı Vətən müharibəsində iştirak edib, onlardan 3 nəfəri şəhid olub, 23 nəfəri yaralanıb. Eyni zamanda, döyüşlərdə kollektivin 21 işçisinin ailə üzvü şəhid olub, 46 ailə üzvü isə yaralanıb. Eyni zamanda "Azərsu” ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 21 işçisi döyüş bölgəsinə ezam olunub və onlardan 1 nəfər xidməti vəzifəsini yerinə yetirərkən yaralanıb.

Vətən müharibəsində şanlı tarix yazaraq şəhidlik zirvəsinə yüksəlmiş və yaralanmış vətənpərvər oğulların ailələrinin içməli və tullantı su xidmətlərindən istifadəsinin yaxşılaşdırılması da "Azərsu” ASC tərəfindən daim diqqətdə saxlanılır. Son 1 ildə 457 şəhid və 312 qazi ailəsi daxil olmaqla, ümumilikdə 770 ailə içməli su ilə təmin edilib.

Sənan Qacar.

Vətən müharibəsində iştirak etmiş 50 nəfər “Azərsu” da işlə təmin olunub
Vətən müharibəsində iştirak etmiş 50 nəfər “Azərsu” da işlə təmin olunub
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ