Son zamanlarda insanlarda rast gəlinən problemlərdən biri də qan laxtalanmasıdır. Aydındır ki, bu problem COVID-19 infeksiyasından sonra daha çox özünü göstərməyə başladı.
Laxtalanmanın hansı səbəbdən yarandığı ilə bağlı Mərkəzi Neftçilər Xəstəxanasının həkimi, cərrah Ramil Əliyev fikirlərini bildirib. Həkim deyir ki, qan laxtalanması hər hansı xəstəliyin əlamətidir.
"Qan damarlarının divarlarında dəyişikliklər baş verir ki, onlar da qan dövranının pozulmasına gətirib çıxarır. Yəni laxtalanma dedikdə bunu nəzərdə tuturuq. Qan dövranının pozulması qan xəstəliyi deyil, qan divarlarının xəstələnməsidir. Laxtalanma daha çox 50-60 yaşdan yuxarı şəxslərdə müşahidə olunur”.
Dr. R.Quliyev sonda əlavə edir ki, alimlərin dediyinə görə, COVID-19 xəstəliyi yalnız ağ ciyər xəstəliyi deyil, bu, bütün bədənin iltihabi xəstəliyidir.
"COVID-19 virusu bədənə daxil olduqdan sonra çox böyük, sarsıntılı şəkildə dəyişikliklər baş verir. Bu dəyişikliklər təkcə virusun və mikrobun daxil olmasından irəli gəlmir. Bədənin reaksiya verməsindən sonra başlayır. Bu şəkildə öz-özünə laxtalanmaya meyillilik baş verir. Nəticədə xəstələrdə kiçik kapilyar dövranı olan ağciyər, qaraciyər və daha kiçik kapilyarlar dövranı olan orqanlarda geri dönmə prosesləri baş verir. Qan öz-özünə kiçik damarlarda laxtalanıb qalır. Bunun nəticəsində hüceyrələr ölməyə başlayır. Ağciyərdə sekroz, beyində insult, ürəkdə infarkt olur”.