SON DƏQİQƏ

Almaniyadan darmadağın-NƏTİCƏLƏR-VİDEO

Tarix:12-11-2021, 08:50 Oxunub:1 205

Qətərdə keçiriləcək futbol üzrə Dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar başa çatıb.

GunAz.az xəbər verir ki, millimizin də yer aldığı A qrupunda Portuqaliya İrlandiya ilə səfərdə qolsuz bərabərə qalsa da qrupda yenidən liderliyi ələ alıb. Onunla eyni xala malik (17) Serbiya isə bu gün Qətərlə yoldaşlıq oyununda iştirak edib və rəqibin qapısından dörd cavabsız qol keçirib - 4:0.

B qrupunda İsveçin büdrəməsindən istifadə edən İspaniya liderliyi ələ keçirib. Yunanıstanla oyun prineylilər üçün penalti "lənətindən” qurtulmaq baxımından da əlamətdar olub. Matçın 26-cı dəqiqəsində Sarabia 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək yığmanın uğursuz penaltilər seriyasını qırıb. Xatırladaq ki, öncəki qarşılaşmalarda ispanların beş analoji cəhdi boşa çıxıb.

 

H qrupunda Xorvatiya Maltada yerli seçməyə futbol dərsi keçib – 1:7

J qrupunda isə Almaniya Lixtenşteyni meydana çıxmağa peşman edib – 9:0

DÇ-2022-nin seçmə mərhələsi

IX tur

A qrupu

İrlandiya – Portuqaliya 0:0

B qrupu

Yunanıstan – İspaniya 0:1

H qrupu

Malta – Xorvatiya 1:7

Slovakiya – Sloveniya 2:2

J qrupu

Rumıniya – İslandiya 0:0

Almaniya – Lixtenşteyn 9:0


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<