SON DƏQİQƏ

Daha bir avtobus qəza törətdi- Ölən var

Tarix:

26-10-2021, 10:51

/ 2 424 dəfə oxundu.
Daha bir avtobus qəza törətdi- Ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə oktyabrın 25-də axşam saatlarında Binə qəsəbəsi, "Badam bağları” yaşayış sahəsində qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Müslüm Əhmədovun idarə etdiyi 169 nömrəli marşrut xətti üzrə "Daevoo” markalı sərnişin avtobusu yolu keçən piyadanı – 1985-ci il təvəllüdlü Zaur Ələkbərovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ