SON DƏQİQƏ
» » Vətən müharibəsinin "Atalar və oğulları"- MÜSAHİBƏ

Vətən müharibəsinin "Atalar və oğulları"- MÜSAHİBƏ

Tarix:

23-09-2021, 18:17

/ 3 929 dəfə oxundu.
Vətən müharibəsinin "Atalar və oğulları"- MÜSAHİBƏ

Vətən müharibəsinin başlanmasının ildönümünə həsr olunmuş "Atalar və oğullar” adlı sənədli filminin ssenari müəllifi Afaq Əhmədova ilə müsahibəni təqdim edirik:

- Necə oldu ki, belə bir sənədli film çəkmək qərarına gəldiniz?

- Azərbaycan Televiziyası mütəmadi olaraq Vətən müharibəsi qəhrəmanlarından bəhs edən layihələr hazırlayır. Bu layihə də onlardan biridir.

- Filmin adının Turgenevin əsəri ilə eyni olması diqqətimizi çəkdi. Niyə məhz "Atalar və oğullar"? Məzmun cəhətdən əsərlə yaxınlığı varmı?

- Filmin qəhrəmanları atalar və oğullar olduğu üçün məhz belə bir ad seçdik. Ədəbiyyatda atalar və oğullar adətən problem kimi qabardılır. Qəhrəmanlar mövcud, var olan dəyərləri inkar edir və s. Amma bizim qəhrəman oğullar dəyərlərin varlığını sübut edir. Qəhrəman ataların qəhrəman oğulları. Oğullar Vətəni sevməyi, yurda bağlılığı atalarından öyrəniblər. Eyni məqsədə, eyni amala, eyni fikrə xidmət ediblər. Torpaqlarımızın işğaldan azad olunması üçün atalar və oğullar çiyin-çiyinə döyüşüblər.

- "Atalar və oğullar" sənədli filminin qəhrəmanlarından danışaq...

- Filmin qəhrəmanları adından da bəlli olduğu kimi atalar və oğullardır. Atalar Birinci Qarabağ müharibəsinin iştirakçılarıdır. Onların arasında qazi, həmçinin şəhid Milli Qəhrəman da var. Biz onların da döyüş yolundan bəhs etmişik. Ümumi 9 qəhrəmanımız var. Müsahibimiz olan atalardan 3 nəfəri Vətən müharibəsində döyüşlərdə övladları ilə birgə iştirak ediblər. Elşad adlı qəhrəmanımızın isə atası Birinci Qarabağ müharibəsində şəhid olub. Filmdə biz onu həm atasının qisasını almış, həm də torpaqlarımızı azad etmiş qəhrəman kimi canlandırmışıq. Qəhrəman atalarımızdan isə ikisinin övladı Vətən müharibəsində şəhid olub.

- İştirakçılar hansı kriteriyalara uyğun seçilib?

- Qəhrəmanlarımızı filmə çəkməzdən öncə araşdırırıq, rəsmi qurumlarla dəqiqləşdirib, sonra qərar veririk.

- Filmin çəkilişləri harada aparılır? Məkan olaraq xüsusi bir yer seçilib?

- Yaxın 3-4 gün ərzində həm studiyada, həm Hərbi Qənimətlər Parkında, həm də yaxın rayonlardan birində filmin çəkilişləri planlaşdırılıb.

- Sənədli filmin kadr heyəti barədə məlumat verərdiniz.

- Filmin quruluşçu rejissoru Elnur Məmmədov, quruluşçu operatoru Cavid Əliyev, operatorları Seymur İsmayılov və Kamran Soduyevdir.

- Film nə vaxt ekranda yayımlanacaq?

- Filmin çəkilişləri hələ davam edir. 27 sentyabrda təqdim etməyi planlaşdırırdıq. Lakin müəyyən dəyişikliklər oldu. Film 30 sentyabrda Azərbaycan Televiziyasının efirində yayımlanacaq.axar.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ