SON DƏQİQƏ

Şəhriyar Məmmədyarov erməniyə DƏRS VERDİ

Tarix:

25-05-2021, 08:54

/ 3 526 dəfə oxundu.
Şəhriyar Məmmədyarov erməniyə DƏRS VERDİ

Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldıqları "Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin - "The FTX Crypto Cup” turnirinin altıncı turunun partiyaları oynanılır.

GunAz.az xəbər verir ki, günün ilk qarşılaşmasında şahmatçılarımız üz-üzə gəliblər. Görüşdə heç-heçə qeydə alınıb. Sonrakı turda Ş.Məmmədyarov ermənistanlı Levon Aronyan ilə qarşılaşıb. Şahmatçımız prinsipial rəqibi üzərində inamlı qələbə qazanıb.

Şəhriyar Məmmədyarov növbəti turlarda rusiyalı Yan Nepomnyaşi, ABŞ təmsilçisi Uesli So, fransalı Maksim Vaşye-Laqrav ilə mübarizə aparacaq. T.Rəcəbovun isə növbəti rəqibləri Y.Nepomnyaşi, U.So, M.Vaşye-Laqrav və A.Piçot olacaq.

Qeyd edək ki, "The FTX Crypto Cup” turnirinin təsnifat mərhələsində 16 şahmatçı iştirak edir. Üç gün davam edəcək ilkin mərhələnin yekunlarına görə, pley-offda mübarizə aparacaq 8 şahmatçı müəyyənləşəcək.

"Champions Chess Tour” onlayn şahmat seriyası 10 turnirdən ibarətdir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ