Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürüb.
İlk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxıb.
Cəbrayıl Hacıyev Avropa çempionatına Gürcüstan pəhləvanı üzərindəki qələbəylə start verib. İsveçrə təmsilçisinə də heç bir şans tanımayan Hacıyev adını yarımfinala yazdırıb. Rusiya güləşçisiylə görüş olduqca gərgin mübarizə şəraitində keçib. Yekunda minimal hesabla qalib gələn Cəbrayıl finala adlayıb.
İslam İlyasov debütdə Rusiya güləşçisinə məğlub olub.
Qeyd edək ki, bu çəkilərdə təsəlliverici və final qarşılaşmaları mayın 18-də keçiriləcək. Təsəlliverici görüşlər Bakı vaxtı ilə saat 13:30-da, medallar uğrunda mübarizə isə 20:00-da start götürəcək.