SON DƏQİQƏ
» » Cüdoçumuz "Böyük dəbilqə"nin bürünc medalını qazandı

Cüdoçumuz "Böyük dəbilqə"nin bürünc medalını qazandı

Tarix:

6-05-2021, 21:16

/ 1 395 dəfə oxundu.
Cüdoçumuz "Böyük dəbilqə"nin bürünc medalını qazandı

Kazanda keçirilən cüdo üzrə "Böyük dəbilqə” turnirinin ikinci günündə Azərbaycan cüdoçusu bürünc medal qazanıb.

GunAz.az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Murad Fətiyev üçüncü yer uğrunda qarşılaşmada belaruslu Yunus Bekmurzayevi məğlub edərək bürünc medal qazanıb. Beləliklə, komandamız turnirdə ilk medalını əldə edib.

Qeyd edək ki, cüdoçularımız turnirin birinci gününü medalsız başa vurublar. Yetmiş doqquz ölkədən 400-dən çox idmançının mübarizə apardığı yarışda Azərbaycan 10 cüdoçu ilə təmsil olunur. Tokio Olimpiadasına lisenziya xarakterli yarış mayın 7-dək davam edəcək.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ