SON DƏQİQƏ

Millimiz Serbiyaya uduzdu

Tarix:

30-03-2021, 22:13

/ 1 494 dəfə oxundu.
Millimiz Serbiyaya uduzdu

Futbol üzrə Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

GunAz.az xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı ikinci rəsmi matçında Serbiya yığmasını qəbul edib. Bakı Olimpiya Stadionunda oynanılan qarşılaşma serbiyalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbədən sonra xallarını 7-yə çatdıran Serbiya yığması liderliyini qoruyub. Xalı olmayan Azərbaycan millisi isə sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında İtaliyada Portuqaliya seçməsinə 0:1 hesabı ilə uduzub. Qətərlə yoldaşlıq xarakteri daşıyan görüş də yığmanın məğlubiyyəti ilə başa çatıb - 1:2.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ