SON DƏQİQƏ
» » Çempionlar Liqasında 1/8 finala iki oyunla yekun vurulacaq

Çempionlar Liqasında 1/8 finala iki oyunla yekun vurulacaq

Tarix:

17-03-2021, 08:42

/ 4 495 dəfə oxundu.
Çempionlar Liqasında 1/8 finala iki oyunla yekun vurulacaq

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

GunAz.az xəbər verir ki, son iki cavab oyunundan biri İngiltərədə, digəri Almaniyada baş tutacaq.

"Çelsi" İngiltərədə İspaniyanın "Atletiko" (Madrid) komandasını qəbul edəcək. İlk görüşdə 1:0 hesablı qələbə qazanan London təmsilçisi oyuna itkilərlə çıxacaq. Yarımmüdafiəçilər Meyson Maunt və Jorjinyo cəzalı olduqları üçün komandaya kömək edə bilməyəcək. Zədəli futbolçulardan Tyaqo Silva və Temmi Abrahamın durumuna oyun vaxtı aydınlıq gələcək. İspaniya klubunda isə itki yoxdur.

Günün digər qarşılaşmasında "Bavariya" Almaniyada İtaliya "Latsio"su ilə qarşılaşacaq. Romada rəqibini 4:1 hesabı ilə üstələyən Münhen təmsilçisinin 1/4 finala yüksələcəyini indidən demək olar. Meydan sahiblərində Duqlas Kosta və Korenten Tolisso zədəlidir. "Latsio"da isə Manuel Lazzari eyni səbəbdən matçı buraxa bilər.

Çempionlar Liqası

1/8 final, cavab oyunları

24:00. "Çelsi" (İngiltərə) - "Altetiko" Madrid (İspaniya)

İlk oyun - 1:0

24:00. "Bavariya" (Almaniya) - "Latsio" (İtaliya)

İlk oyun - 4:1

Qeyd edək ki, daha əvvəl Almaniyanın "Borussiya" (Dortmund), Portuqaliyanın "Portu", İngiltərənin "Liverpul" və "Mançester Siti", İspaniyanın "Real Madrid" və Fransanın PSJ klubları 1/4 finala vəsiqə qazanıblar.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ