SON DƏQİQƏ
» » Çempionlar Liqası: “Kral klubu” 1/4 finala vəsiqə qazana biləcəkmi?

Çempionlar Liqası: “Kral klubu” 1/4 finala vəsiqə qazana biləcəkmi?

Tarix:

16-03-2021, 10:04

/ 3 172 dəfə oxundu.
Çempionlar Liqası: “Kral klubu” 1/4 finala vəsiqə qazana biləcəkmi?

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin daha iki iştirakçısı bilinəcək.

GünAz.az xəbər verir ki, bu gün 1/8 finalın iki oyununa start veriləcək.

Turnirin favoritlərindən olan "Mançester Siti” ilk oyunda qalib gəldiyi Mönxenqladbax "Borusiya”sını pandemiya səbəbindən Macarıstanın paytaxtı Budapeştdə qəbul edəcək. "Puşkaş Arena”da keçiriləcək görüşdən sonra İngiltərə Premyer Liqasının liderinin mərhələ adlayacağı çoxlarında şübhə doğurmur.  

Gecənin digər matçında Madrid "Real”ı İspaniyada İtaliyanın "Atalanta” klubunu qəbil edəcək. Səfərdə yeganə qol ilə qalib gəlmiş "Kral klubu” asan olmayan rəqiblə qarşılaşması maraqla gözlənilir.

Çempionlar Liqası

1/8 final (cavab oyunları)

00:00 "Mançester Siti” (İngiltərə) – "Borusiya” (Mönxenqladbax, Almaniya)

İlk oyun – 2:0

00:00 "Real” (İspaniya) – "Atalanta” (İtaliya)

İlk oyun – 1:0

Qeyd edək ki, 1/4 final mərhələsinə daha əvvəl Almaniyanın "Borusiya” (Dortmund), Portuqaliyanın "Portu”, İngiltərənin "Liverpul” və Fransanın PSJ klubları vəsiqə qazanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ