
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tur start götürüb.
"Qarabağ" "Sabah"ı qəbul edib. Meydan sahibləri matçdan 2-0 qalib ayrılıb. Qolları Filip Ozobiç və Mahir Emreli vurub.
"Qarabağ" bununla xallarının sayını 42-yə çatdırıb və ilk pilləyə yüksəlib. "Sabah" isə 16 xalla sonuncudur.
Qeyd edək ki, günün digər matçında "Sumqayıt" "Keşlə" ilə qarşılaşacaq. Turun 2 görüşü martın 14-də oynanılacaq. "Qəbələ" "Zirə"ni, "Neftçi" "Səbail"i qəbul edəcək.