SON DƏQİQƏ

Çempionlar Liqası:NƏTİCƏLƏR

Tarix:

11-03-2021, 08:22

/ 3 526 dəfə oxundu.
Çempionlar Liqası:NƏTİCƏLƏR

Çempionlar Liqasında 1/4 final mərhələsinin daha 2 iştirakçısı müəyyənləşib.

GunAz.az-ın məlumatına görə, İngiltərənin "Liverpul" və Fransanın PSJ klubları növbəti raunda vəsiqə qazanıblar.

Mersisaydlılar Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da Almaniya "Leyptsiq"ini 2 cavabsız qolla məğlub edib. Qolları 70-ci dəqiqədə Məhəmməd Salah, 4 dəqiqə sonra isə Sadio Mane vurublar. Premyer Liqa təmsilçisi bu stadionda keçirilmiş ilk görüşdə də rəqibinə 2:0 hesabı ilə qalib gəlmişdi.

PSJ isə İspaniya "Barselona"sını mübarizədən kənarlaşdırıb. Səfərdə Kataloniya təmsilçisi üzərində 4:1 hesablı qələbə qazanan parislilər cavab oyununda da güclü rəqibinə uduzmayıb - 1:1. Meydan sahiblərindən Kilian Mbappe, qonaqlardan isə Lionel Messi fərqlənib. Argentinalı hücumçu ilk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə penaltidən yararlana bilməyib.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
Cavab görüşləri

10 mart

24:00. "Liverpul" (İngiltərə) - "Leyptsiq" (Almaniya) - 2:0

Qollar: Məhəmməd Salah, 70, Sadio Mane, 74

İlk oyun - 2:0

24:00. PSJ (Fransa) - "Barselona" (İspaniya) - 1:1

Qollar: Kilian Mbappe, 31 (penalti) - Lionel Messi, 37

İlk oyun - 4:1

Qeyd edək ki, daha əvvəl Almaniyanın "Borussiya" (Dortmund) və Portuqaliyanın "Portu" klubları 1/4 finala adlayıblar. 1/8 finalın digər 4 matçı 16 - 17 martda olacaq.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ