SON DƏQİQƏ
» » Bu oyun Azərbaycan futbolunun tarixinə düşdü - Qurbanov

Bu oyun Azərbaycan futbolunun tarixinə düşdü - Qurbanov

Tarix:

13-02-2021, 21:39

/ 1 474 dəfə oxundu.
Bu oyun Azərbaycan futbolunun tarixinə düşdü - Qurbanov

Samir Abasovu təbrik edirəm. Layiqli qələbə qazandılar. Çox danışmağa ehtiyac yoxdur. Gərgin keçdi. Digər məqamlar daha maraqlı idi. Futbolçularından narazı qaldım. İkinci hissədə qırmızı vərəqə alacağınıza hazır idim. Təəssüf ki, bu baş verdi. Oyun nizam-intizamı pozuldu. "Neftçi" qırmızı vərəqə alanadək daha yaxşı oynayırdıq. Bu oyun Azərbaycan futbolunun tarixinə düşdü. Hakim də inamlı qərarlar verdi.

GunAz.az Report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XV turunun matçdan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssisin sözlərinə görə, bugünkü epizodları bir neçə gün öncə Hakimlər Komitəsi ilə müzakirə ediblər: "Maraqlı senari alındı. Qarşıda oyunlarımız var. Komandanı yaxşı hazırlamalıyıq. Zədəlilərimiz, cəzalı futbolçularımız var".

Qurbanov Kevin Medianın qırmızı vərəqə almasına münasibət bildirib: "Bu barədə bu gün düşünsəm, daha ciddi cəza ola bilər. Sabah yenidən izləyəcəyəm. Mütləq cəzalanacaq. Komanda yoldaşlarını pis vəziyyətdə qoydu. Düzdür, futbol kişi oyunudur. Amma özünü idarə etməyi bacarmalısan. Bəzi məğlubiyyətlər komandanın xeyrinə olur".

Baş məşqçi heyətin kasadlığı ilə bağlı suala belə cavab verib: "Belə hallar olur. Amma mənim heyətlə bağlı narahatlığım yoxdur. Bacara bilərik. Filip Ozobiç gələn həftədən məşqlərə başlayacaq. Elvin Cəfərquliyev qayıdır. Hər şey normaldır. Yetərincə futbolçum var".

Təcrübəli mütəxəssis Maksim Medvedevə müdafiənin solunda şans verməsinə də aydınlıq gətirib: "Futbolda bu cür yerdəyişmələr olur. Qarşıdakı oyunlarda Elvin və Toraldan istifadə edəcəyik".


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ