SON DƏQİQƏ

Teymur Rəcəbovdan NÖVBƏTİ HEÇ-HEÇƏ

Tarix:

10-02-2021, 08:59

/ 2 497 dəfə oxundu.
Teymur Rəcəbovdan NÖVBƏTİ HEÇ-HEÇƏ

"Champions Chess Tour” çərçivəsində keçirilən "Opera Euro Rapid” turnirində 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Mükafat fondu 100 min ABŞ dolları olan yarışın dördüncü günündə təmsilçimiz Teymur Rəcəbov növbəti görüşünü keçirib.
Rəcəbov Niderland qrossmeysteri Aniş Giri ilə üz-üzə gəlib. 34 yaşlı təmsilçimiz ilk görüşdən 2:2 hesablı heç-heçə ilə ayrılıb.
O, ilk iki partiyadan heç-heçə etdikdən sonra 3-cü partiyada qara fiqurlarla qalib gəlsə də, 4-cü oyunda ağlarla uduzub. 
Şahmatçılar arasında ikinci matç isə fevralın 10-da keçiriləcək.
Qeyd edək ki, turnirə fevralın 14-də yekun vurulacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ