SON DƏQİQƏ
» » Azərbaycanlı futbolçu nəhəng klubdan DƏVƏT ALDI

Azərbaycanlı futbolçu nəhəng klubdan DƏVƏT ALDI

Tarix:

5-01-2021, 08:52

/ 4 565 dəfə oxundu.
Azərbaycanlı futbolçu nəhəng klubdan DƏVƏT ALDI

"Zirə”nin futbolçusu Cəlal Hüseynov Portuqaliyanın ən məşhur klublarından olan "Benfika”nın maraq dairəsinə düşüb.

GunAz.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat daxil olub.

İki gün əvvəl 18 yaşını tamamlamış müdafiəçi üçün Bakı klubuna rəsmi məktub gəlib. Futbolçu baxışa dəvət olunub. Lakin yeniyetmə futbolçunun Portuqaliyanın paytaxtı Lissabona nə vaxt gedəcəyi hələ bəlli deyil. Hər şey Fransa səfirliyində Şengen vizasının açılmasından asılıdır.

Qeyd edək ki, Cəlal Hüseynov 2019-cu ilin yayında əsas komandaya götürülüb. Lakin onun debütü cari mövsümə təsadüf edib. O, Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində "Qarabağ”la oyunda debüt etməklə "Zirə”nin heyətində ilk matçını keçirmiş ən gənc futbolçu adına sahib çıxıb. Cəlal onda 17 yaş, 9 ay və 23 günlükdə olub.

скачать dle 12.1

Şərhlər