
İngiltərə Premyer Liqasının XVI turunun bu günə nəzərdə tutulmuş, Bakı vaxtı ilə saat 22:00-da başlamalı olan London derbisi baş tutmayacaq.
GunAz.az xəbər verir ki, "Totenhem” – "Fulhem” matçı qonaq komandanın heyətində bəzi futbolçuların və texniki heyət üzvlərinin koronavirusa yoluxma faktına görə təxirə salınıb.
Qeyd edək ki, iki gün əvvəl bu turun "Everton” – "Mançester Siti” matçı da qonaq klubun tərkibində yeddi nəfərin koronavirusa yoluxması səbəbindən baş tutmamışdı.