SON DƏQİQƏ
» » Cüdo millimizin 2021-ci ildə iştirak edəcəyi turnirlərin vaxtları bilindi.

Cüdo millimizin 2021-ci ildə iştirak edəcəyi turnirlərin vaxtları bilindi.

Tarix:

28-12-2020, 23:47

/ 1 495 dəfə oxundu.
Cüdo millimizin 2021-ci ildə iştirak edəcəyi turnirlərin vaxtları bilindi.

Beynəlxalq Cüdo Federasiyası 2021-ci ildə keçirilməsi planlaşdırılan yarışların təqvimini dərc edib.

GunAz.az Azərbaycanın böyüklərdən ibarət cüdo millisinin iştirak edə biləcəyi yarışları təqdim edir:

Doha Masters turniri (11-13 yanvar) – Qətər

 

Sofiya Avropa Açıq turniri (30-31 yanvar) – Bolqarıstan

Praqa Avropa Açıq turniri (27-28 fevral) – Çexiya

Sarayevo Avropa Kuboku (20-21 mart) – Bosniya və Herseqovina

Avropa çempionatı (16-18 aprel) – Lissabon, Portuqaliya

Orenburq Avropa Kuboku (15-16 may) – Rusiya

Selye-Podçetrtek Avropa Kuboku (19-20 iyun) – Sloveniya

Avropa Kuboku (26-27 iyun) – Almaniya (hansı şəhərdə keçiriləcəyi bilinmir)

Vintertur Avropa Kuboku (10-11 iyul) – İsveçrə

Veteranların dünya çempionatı (tarixi bilinmir) – Krakov, Polşa

Bratislava Avropa Kuboku (18-19 sentyabr) – Slovakiya

Tallin Avropa Açıq turniri (25-26 sentyabr) – Estoniya

Dubrovnik Avropa Kuboku (2-3 oktyabr) – Xorvatiya

Minsk Avropa Açıq turniri (9-10 oktyabr) – Belarus

Malaqa Avropa Kuboku (16-17 oktyabr) – İspaniya

Qeyd edək ki, bunlardan başqa, kadetlərin (məktəb yaşlı yeniyetmələr), gənclərin və 23 yaşadək cüdoçuların Avropa çempionatının vaxtı məlumdur. Bu yarışlar müvafiq olaraq 24-27 iyun, 9-12 sentyabr və 5-7 noyabr tarixlərində keçiriləcək. Birinci və üçüncü yarışların məkanı hələ açıqlanmasa da, gənclərin qitə birinciliyi Lüksemburqda keçiriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ