SON DƏQİQƏ

Millimizin qrupunda komanda sayı artırıldı

Tarix:

8-12-2020, 23:05

/ 1 425 dəfə oxundu.
Millimizin qrupunda komanda sayı artırıldı

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin yer aldığı A qrupunda komanda sayı artırılıb.

AFFA-nın saytı xəbər verir ki, UEFA son Asiya çempionu və mundialın ev sahibi olan Qətər seçməsini hazırlıq məqsədilə bu qrupa dəvət edib.

Bu komanda A qrupunda yer alan bütün kollektivlərlə təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq.

 

Rəqiblərin səfər məsafəsinin qısa olması üçün Qətər millisinin ev oyunları Avropada keçiriləcək.

Bu yığmanın iştirakı ilə baş tutacaq ev qarşılaşmalarının məkanı və saatı barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, A qrupunda Azərbaycan və Qətərlə yanaşı, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq yığmaları da qərarlaşıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ