SON DƏQİQƏ

Türkiyə Xorvatiya ilə ÜZ-ÜZƏ-AFİŞA

Tarix:

11-11-2020, 09:03

/ 5 591 dəfə oxundu.
Türkiyə Xorvatiya ilə ÜZ-ÜZƏ-AFİŞA

Bu gün Avropa zonası üzrə bir sıra ölkələrin futbol üzrə milli komandaları yoxlama oyununda üz-üzə gələcəklər.

GunAz.az-ın məlumatına görə, ümumilikdə 19 qarşılaşma təşkil ediləcək. Azərbaycan millisi səfərdə Sloveniyanın qonağı olacaq. Komandanın Millətlər Liqasındakı rəqiblərindən Monteneqro Qazaxıstanla münasibətlərə aydınlıq gətirəcək. Lüksemburq isə Avstriya ilə üz-üzə gələcək.

Türkiyə yığması İstanbulda Xorvatiyanı qəbul edəcək. Günün mərkəzi görüşü isə Amsterdamda gerçəkləşəcək. Niderland və İspaniya komandaları üz-üzə gələcək.

Yoldaşlıq görüşləri
18:45. Yunanıstan - Kipr
19:00. Albaniya - Kosovo
21:00. Norveç - İsrail
21.00. Rumıniya - Belarus
21:00. Monteneqro - Qazaxıstan
21:00. San Marino - Latviya
21.00. Litva - Farer adaları
21:00. Malta - Lixtenşteyn
21:30. Bolqarıstan - Cəbəllütariq
21:45. Türkiyə - Xorvatiya
22:30. Danimarka - İsveç
23:30. Lüksemburq - Avstriya
23:45. Sloveniya - Azərbaycan
23:45. Portuqaliya - Andorra
23:45. İtaliya - Estoniya
23:45. Belçika - İsveçrə
23:45. Polşa - Ukrayna
23:45. Almaniya - Çexiya Respublikası
23:45. Niderland - İspaniya


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ