
Almaniyanın "Leyptsiq" komandası Bundesliqada 2020/2021 mövümünün ilk turunda qarşılaşacağı "Maynts"la oyunu azarkeşlərin iştirakı ilə keçirəcək.
GunAz.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı Leyptsiq Səhiyyə İdarəsinə edilən rəsmi müraciət qəbul olunub.
Matça buraxılacaq 8 500 nəfər fanat püşkatma yolu ilə müəyyənləşdiriləcək. Həmin şəxslərin Saksoniya əyalətində qeydiyyatda olmaları əsas şərtlərdən biridir. Azarkeşlər tribunada maska taxacaqlar.
Qeyd edək ki, Almaniya çempionatı sentyabrın 18-də start götürəcək. "Leyptsiq" - "Maynts" oyunu sentyabrın 20-da olacaq.