SON DƏQİQƏ

Kuboku BİR QOLLA APARDI

Tarix:

24-08-2020, 08:03

/ 3 510 dəfə oxundu.
Kuboku BİR QOLLA APARDI

Çempionlar Liqasında (ÇL) 2019/20 mövsümünün sonuna gəlib çatdıq.

GunAz.az bildirir ki, həlledici matçda Fransa çempionu PSJ ilə dünyanın güclüsü "Bavariya” üz-üzə gəlib.

 

İtaliyalı Daniele Orsatonun idarə etdiyi görüşdə PSJ tarixində ilk dəfə, "Bavariya” isə 11-ci dəfə final oyununa çıxıb.

Qarşılaşmanın taleyini bir qol həll edib.

Oyunun 59-cu dəqiqəsində Kinqsli Komanın qolu "Bavariya”ya 11-ci final matçında Çempionlar liqasının  6-cı çempionluğunu qazandırıb.

Çempionlar Liqası

Final

23 avqust

PSJ (Fransa) – "Bavariya” (Almaniya) - 0:1

Qol: Koman, 59

Baş hakim: Daniel Orsato (İtaliya)

Lissabon. "Da Luş” stadionu


скачать dle 12.1

Şərhlər