
İspaniyanın köklü klublarından olan "Atletik"in futbolçuları arasında koronavirusa kütləvi yoluxma qeydə alınıb.
Bilbao təmsilçisinin 6 futbolçusunda infeksiya aşkarlanıb.
Analizi müsbət çıxan oyunçulara artıq məlumat verilib və onlar özlərini təcrid ediblər.
Qeyd edək ki, təkrar testləşdirmə avqustun 14-də keçiriləcək.