SON DƏQİQƏ

Yuventus FİNALDA-REKORD-VİDEO

Tarix:

13-06-2020, 08:24

/ 1 516 dəfə oxundu.
Yuventus FİNALDA-REKORD-VİDEO

Turin "Yuventus"u 2019/2020 mövsümündə "Milan”la cavab matçında 0:0 hesablı heç-heçə edərək (ilk görüş 1:1 hesabı ilə başa çatıb) İtaliya Kubokunun finalına çıxıb.

GunAz.az-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab görüşündə "Milan”ı qəbul edən "Yuventus" tarixində 19-cu dəfə İtaliyanın Kubokunun həlledici matçında oynayacaq.

 

"Qoca sinyora" bununla 2017-ci ildən mövcud olan şəxsi rekordunu yeniləyib.

İtaliya çempionatlarında final yarışlarına çıxışa görə ikinci yerdə "Roma" komandası qərarlaşıb. Eyniadlı paytaxt klubu 17 dəfə həlledici matçda iştirak edib. Siyahıda üçüncü yerdə "Milan" qarşılaşıb. Klub 14 dəfə turnirin sonuncu matçlarında gücünü sınayıb.

İtaliya Kubokunun cari finalında Maurisio Sarrinin komandası "İnter" - "Napoli” qarşılaşmasının qalibi ilə üz-üzə gələcək. Qarşılaşma iyunun 13-də baş tutacaq.

Mərdan DOLĞUN


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ