SON DƏQİQƏ
» » Millimiz dünya ikincisinə möhtəşəm qol vurdu - Canlı

Millimiz dünya ikincisinə möhtəşəm qol vurdu - Canlı

Tarix:

9-09-2019, 21:53

/ 1 388 dəfə oxundu.
Millimiz dünya ikincisinə möhtəşəm qol vurdu - Canlı

Azərbaycan və Xorvatiya milli komandalarının Avro-2020-nin seçmə oyunu üçün start heyətləri açıqlanıb.

GunAz.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaq.

Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bəhlul Mustafazadə, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 18.Anton Krivotsyuk, 21. Pavel Paşayev. 22. Cavid Hüseynov

Xorvatiya: 1. Dominik Livakoviç, 3. Borna Barişiç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 13. Nikola Vlasiç, 18. Ante Rebiç, 20. Bruno Petkoviç, 21. Domaqoy Vida, 22. Karlo Bartolets

Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

***

Azərbaycan - Xorvatiya matçı başladı.

***

Xorvatiya matçın 10-cu dəqiqəsində Modriçin penaltidən vurduğu qolla hesabda irəli çıxdı: 1-0.

***

Təmkin Xəlilzadə xorvatların müdafiə xəttini yararaq hesabı bərabərləşdirdi: 1-1.

скачать dle 12.1

Şərhlər