SON DƏQİQƏ
» » "Qarabağ"ın qələbəsi Kipri qarışdırdı: APOEL-in baş məşqçisi qovuldu

"Qarabağ"ın qələbəsi Kipri qarışdırdı: APOEL-in baş məşqçisi qovuldu

Tarix:

8-08-2019, 12:36

/ 1 293 dəfə oxundu.
"Qarabağ"ın qələbəsi Kipri qarışdırdı: APOEL-in baş məşqçisi qovuldu

APOEL baş məşqçisi Paolo Trametsani istefaya göndərib.

Qol.az-ın xəbərinə görə, bu barədə klubun saytı məlumat yayıb.

İtaliyalı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Kipr mətbuatı istefaya səbəb kimi komandanın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"a evdə 1:2 uduzmasının səbəb olduğunu göstərib.

Qeyd edək ki, P.Trametsani 2018-ci ildən APOEL-i çalışdırırdı.

Başqa bir xəbərə görə, “Qarabağ”la Bakıda avqustun 13-də keçiriləcək cavab matçına kimi komandanın baş məşqçisi vəzifəsinə almaniyalı Tomas Dolun təyin ediləcəyi gözlənilir. 53 yaşlı T.Dolun sonuncu iş yer Almaniyanın “Hannover” klubu olub. O, müxtəlif vaxtlarda Almanuyada "Hamburq", “Borussiya” (Dortmund), “Gənclərbirliyi” (Türkiyə), "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) və Macarıstanın “Ferensvaroş” komandalarında da baş məqşçi kimi çalışıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ