“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.
GunAz.az-ın məlumatına görə, Ağdam təmsilçisi III təsnifat mərhələsinin ilk matçı çərçivəsində Kiprdə APOEL-in qonağı olacaq. Nikosiyadakı GSP stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv I raundda Albaniya çempionu “Partizani”ni mübarizədən kənarlaşdırıb. Tiranada gerçəkləşmiş ilk matçda hesab açılmasa da, Bakıdakı oyunda Filip Ozobiç və Dani Kintananın qolları “Qarabağ”ı növbəti mərhələyə daşıyıb – 2:0.
Ağdam təmsilçisi II təsnifat mərhələsində İrlandiyanın “Dandolk” komandasında güclü olub. “Oriel Park” stadionunda keçirilən ilk qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb. Oyunda hesabı 4-cü dəqiqədə Mahir Emreli açsa da, Patrik Hoban 78-ci dəqiqədə bərabərlik topunu vurub. “Dalğa Arena”da keçirilən cavab matçı isə Azərbaycan çempionunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ” Xayme Romeronun 12-ci, Ailton Silvanın 76-cı, Xayme Romeronun isə 87-ci dəqiqədə vurduğu qollarla rəqibini darmadağın edib.
Mübarizəyə II təsnifat mərhələsindən başlayan Kipr çempionu isə Monteneqronun “Sutyeska” komandasını keçib (1:0, 3:0).
APOEL indiyə qədər 2 dəfə avrokuboklarda Azərbaycan təmsilçisi ilə qarşılaşıb. Hər iki halda “Neftçi” ilə üz-üzə gələn nikosiyalılar 1995/1996 mövsümündə Kuboklar Kubokunun I təsnifat mərhələsində sevinən tərəf olublar (3:0, 0:0). Əvəzində 2012/2013 mövsümündə Avropa Liqasının pley-offundan APOEL-dən güclü olan (1:1, 3:1) “Neftçi”, avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu kimi tarixə düşüb.
2015/2016 mövsümündə Avropa Liqasının III təsnifat mərhələsində isə “Qəbələ” Kiprin başqa bir komandasını – “Apollon”u mübarizədən kənarlaşdırıb (1:1, 1:0).
Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
21:00. APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Davide Massa
Yan xətt hakimləri: Fabiano Preti, Alberto Teqoni
Dördüncü hakim: Rosario Abisso (hamısı İtaliya)
Hakim-inspektor: Vladimir Antonov (Moldova)
UEFA nümayəndəsi: Romano Klavedetşer (İsveçrə)
Nikosiya, GSP stadio